Azərbaycan derbisi 1 manata

11:25 - 13 Mart 2018

Topaz Premyer Liqasının XX turu çərçivəsində keçiriləcək "Neftçi” – "Qarabağ” oyununun biletləri satışa çıxarılıb. 
 

Sportal.az xəbər verir ki, qiymət VİP yerlərə 5 manat, qalan bütün sektorlara isə 1 manat təşkil edir. Biletləri "Bakcell Arena”nın kassalarından və stadionun ərazisindəki rəsmi fan-şopdan əldə etmək mümkündür.

 
Qeyd edək ki, martın 14-də "Bakcell Arena”da keçiriləcək oyun saat 18:00-da başlanacaq.

Xəbər xətti