Millimizin üzvü oynadı, komandası məğlub oldu

11:55 - 13 Mart 2018

Hollandiya Birinci Divizionunda 29-cu turun oyunları keçirilir.

 

Sportal.az xəbər verir ki, U-21 millimizin futbolçusu Ozan Can Kökçünün formasını geyindiyi “Valveyk” səfərdə “Dordrext”lə qarşılaşıb və bu oyundan məğlubiyyətlə ayrılıb - 0:1.

 

Kökçü start heyətdə başladığı matçın 79-cu dəqiqəsində əvəzlənib. 73-cü dəqiqədə isə Ozan Can sarı vərəqə ilə cəzalandırılıb.

 

“Valveyk” hazırda 27 xalla 20 klub arasında 19-cu pillədə qərarlaşıb.

Xəbər xətti