Reynaldo klubsuz qala bilər

13:56 - 13 Mart 2018

“Qarabağ”ın sabiq hücumçusu Reynaldo Silva qış transfer dönəmində üz tutduğu “Aktobe”dən ayrıla bilər.

 

Sportal.az xəbər verir ki, buna səbəb Qazaxıstan klubunun müflis olma həddinə gəlib çıxmasıdır. FIFA bir neçə futbolçuya borcu olan “Aktobe”nin yeni transferlərini qeydiyyatdan keçirməsinə icazə vermir. "Aktobe" Premyer Liqanın ilk turunda “Kaysar”la səfər oyununa ötənilki və əvəzedici heyətdən cəlb olunmuş futbolçularla çıxıb.

 

“Aktobe”nin baş direktoru Samat Smakov açıqlamasında futbolçulara və şirkətlərə borclarının olduğunu deyib: “Təxminən 10-a yaxın futbolçu klubdan FIFA-ya şikayət edib. Yeganə çıxış yolumuz yeni sponsor və kluba dəstək verəbiləcək şəxslər tapmaqdır. Əgər borcları qaytara bilməsək, “Aktobe”nin müflis olduğunu açıqlamalı olacağıq”.

Xəbər xətti