Yuri Maksimov: "Hakimlər ciddi səhvə yol vermədilər"

“Müxtəlif səviyyəli komandalar oynayırdı. “Qəbələ” bizdən qat-qat üstün komandadı”.

 

Sportal.az xəbər verir ki, bu sözləri “Keşlə”nin baş məşqçisi Yuri Maksimov deyib. Paytaxt təmsilçisi Topaz Premyer Liqasının 20-ci turunda öz meydanında “Qəbələ”ni qəbul edib. Görüş 1:1 hesablı bərabərliklə başa çatıb. Oyundan sonra baş tutan mətbuat konfransında iştirak edən ukraynalı çalışdırıcı fikirlərini bildirib:

 

- Bu gün çox istəkli idik. Bunun sayəsində 1 xal qazandıq. Belə oyuna görə uşaqlara təşəkkür edirəm.

 

- Rəqib komandanın baş məşqçisi hakimlərin kobud səhvlərə yol verdiyini bildirdi. Sizin bu məsələyə münasibətiniz necədi?

- Yəqin ki, bu nəticə rəqibin baş məşqçisini çox əsəbiləşdirib. Bu, normaldı. Mən hakimlik barədə danışmaq istəmirəm. Hakimlər ciddi səhvə yol vermədilər. 

 

- Oyundan sonra Vaqif Cavadova iradlarınızı bildirdiniz. Bu, nə ilə bağlı idi?

- Hansısa iradım yox idi. Oyundan sonra Məqsəd İsayevlə söhbət etdim, səhvlərini başa saldım. Başqa problem yox idi.  

Tarix: 13 Mart [18:03]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
25 May 2018
24  May 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio