Ufuk Budak AFFA-ya müraciət etdi

11:30 - 14 Mart 2018

Türkiyə I Liqasında çıxış edən “Samsunspor”da çıxış edən Ufuk Budak uzun fasilədən sonra yenidən Azərbaycan millisinə dəvət almışdı.

 

Sportal.az xəbər verir ki, sol cinah müdafiəçisi AFFA-ya müraciət edib. 28 yaşlı oyunçu milliyə çağırılmamasını istəyib. Türkiyə I Liqasının son turunda "Qaziantepspor"la matçda zədələnən futbolçunun bərpa prosesi gec çəkəcəyi üçün yığmaya qoşula bilməyəcək.

 

Ufukun müalicəsinə başlanılıb. Ufukun yaşıl meydanlara qayıdışı bir neçə həftə çəkəcək.

 

Qeyd edək ki, millimi martın 23-də Bakıda Belarusla, həmin görüşdən 4 gün sonra isə Antalyada Makedoniya ilə yoxlama matçı keçirəcək.

Xəbər xətti