Dino Ndlovu Çində qolla başladı

12:12 - 14 Mart 2018

Qış fasiləsində "Qarabağ"dan Çinin “Hançjou Qrintaun” klubuna transfer olunan Dino Ndlovu ilk rəsmi oyununda qol vurub.

 

Sportal.az xəbər verir ki, cənubi afrikalı forvard “Nei Mongol Zhongyou” komandası ilə I Divizionun ilk turundakı matçda fərqlənib. 2:0 hesabı ilə yekunlaşan görüşdə Dino 56-cı dəqiqədə hesabı açıb.

 

Qeyd edək ki, 28 yaşlı futbolçu 2016-2017-ci illərdə "Qarabağ"da çıxış edib.

Xəbər xətti