Hakimi döyən futbolçunun cəzası müəyyənləşdi

AFFA İntizam Komitəsinin bu gün keçirilən iclasında Region Liqasının “Gənclik” – “Füzuli” oyununda baş verən hadisələr də müzakirə olunub və müvafiq qərarlar verilib.

 

Sportal.az xəbər verir ki, matçın 90+1-ci dəqiqəsində “Gənclik” klubunun azarkeşləri meydançaya daxil olduqları üçün oyun yarımçıq dayandırılıb. Görüş tam başa çatmadığına görə “Gənclik” klubuna 0:3 hesablı texniki məğlubiyyət verilib.

 

Həmin dəqiqədə meydan sahiblərinin futbolçusu Amid Zeynalov aqressiv davranışa, hakimə qarşı fiziki təsir göstərdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 10 oyun cəzalanıb. Komanda yoldaşları Elman İsgəndərov və Fərid Ağabəyli isə hakimi təhqir etdikləri üçün 4 oyunluq diskvalifikasiya olunublar.

 

Bundan başqa, “Gənclik” klubuna xəbardarlıq olunub. Bu hal yenidən təkrarlanacağı təqdirdə klub daha ağır cəzalanacaq.

Tarix: 14 Mart [13:53]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
25 Sentyabr 2018
24  Sentyabr 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio