Belarus millisinin futbolçusu: “Bizi Azərbaycanla maraqlı oyun gözləyir”

14:57 - 14 Mart 2018

“Yığmanın formasını geyinməyə həmişə hazıram”.

 

Sportal.az xəbər verir ki, bu sözləri Belarus millisinin və “Astana” klubunun futbolçusu İqor Şitov deyib.

 

Bu ay bir araya gələcək Belarus yığması Azərbaycan və Sloveniya ilə yoldaşlıq matçları keçirəcək. Bu oyunlar üçün açıqlanan heyətdə Şitov da yer alıb.

 

Qazaxıstan mətbuatına açıqlama verən sağ cinah müdafiəçisi müəyyən fasilədən sonra yenidən milliyə çağırılmasına toxunub. 31 yaşlı futbolçu həm Bakıda, həm də Lyublyanada onları maraqlı görüş gözlədiyini bildirib:

 

"Bəli, mən ötən il millinin bir neçə görüşünə dəvət almadım. Bu, məşqçilər korpusunun qərarı idi. Bu dəfə isə dəvət almışam və bundan istifadə etməyə çalışacağam. İlk yoxlama oyunumuzu Bakıda keçirəcəyik. Martın 23-də Azərbaycanla qarşılaşdıqdan sonra Lyublyanaya yollanacağıq. Çünki ayın 27-də Sloveniya ilə yoldaşlıq matçı keçirəcəyik. Düşünürəm ki, bizi çox maraqlı oyunlar gözləyir".

 

Qeyd edək ki, İqor Şitov 2008-ci ildən dəvət aldığı Belarus millisində 54 oyunda 1 qola imza atıb. 

Xəbər xətti