Klublar Komitəsinin iclası olacaq

18:09 - 14 Mart 2018

Sabah AFFA Klublar Komitəsinin (KK) növbəti iclası keçiriləcək.

 

Sportal.az xəbər verir ki, “Bulvar Otel”dəki görüş saat 11:00-da başlayacaq. 2018-ci ilin ilk iclasında komitəyə yeni sədr seçiləcək. 

 

Qeyd edək ki, KK-ya son olaraq ötən ay “Neftçi”nin prezidenti vəzifəsindən ayrılan Orxan Hüseynzadə başçılıq edirdi.

Xəbər xətti