Caner Erkin hakimi söydüyünə görə həbs oluna bilər

“Beşiktaş”ın futbolçusu Caner Erkin həbs oluna bilər.

 

Sportal.az xəbər verir ki, İstanbul prokurorluğu futbolçunun 2 ilə qədər həbsini tələb edir. Prokurorluq futbolçunu hakimi təhqir etməkdə ittiham edir.

 

Caner ötən ilin oktyabrında, “Başakşəhər”lə keçirilən oyunda qarşılaşmanın baş hakimi Mete Kalkavana təzyiq edib, ona qarşı təhqiramiz ifadələr işlədib. İstanbul prokurorluğu onun bu hərəkətini şəxsiyyəti təhqir kimi qiymətləndirib.

 

Prokurorluq bu hərəkətinə görə Canerin bir ildən iki ilə qədər həbsini tələb edir. Futbolçu isə bu ittihamlarla razılaşmır.

Tarix: 14 Mart [18:34]
Müəllif: Sportal.az
Digər xəbərlər
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio