Samir Abasov: “Kəpəz” məni təəccübləndirdi”

00:31 - 15 Mart 2018

"Sumqayıt"ın baş məşqçisi Samir Abasov Topaz Premyer Liqasının 20-ci turu çərçivəsində "Kəpəz"ə qarşı keçirdikləri oyunu şərh edib.

 

Sportal.az xəbər verir ki, sumqayıtlıların çalışdırıcısı 2:1 hesabıyla qalib gəldikləri qarşılaşmadan sonra bunları söyləyib:

 

"Rəqib sözün yaxşı mənasında məni təəccübləndirdi. "Kəpəz" yaxşı oynadı. Bizə gəlincə, öz oyunumuzu tapa bildik və qələbə qazandıq. Sağ olsun futbolçularımız, əllərindən gələni etdilər. Xoş haldı ki, gözəl komanda yığılıb. Ehtiyatda qalan futbolçular oynayanlardan çox sevinir. Yığmaya gedən oyunçular var. 3-4 günlük istirahətdən sonra yığışacağıq".

Xəbər xətti