"Bavariya" və "Barselona" 1/4 finala yüksəldi

01:43 - 15 Mart 2018

Bu gün Çempionlar Liqasında 1/8 final mərhələsinə yekun vurulub. 

 

Sportal.az xəbər verir ki, "Beşiktaş" ilk matçda 0:5 hesabıyla uduzduğu "Bavariya"nı qəbul edib. Münhen klubu meydan sahiblərini 3:1 hesabıyla məğlub edib. Ümumi hesabda 8:1 hesablı qələbə qazanan "Bavariya" 1/4 finala adlayan tərəf olub.

 

Digər görüşdə "Qarabağ"ın yer aldığı qrupda ikinci yeri tutan "Çelsi" səfərdə "Barselona"nın qonağı olub. Londondakı ilk görüşdə tərəflər hərəyə bir dəfə fərqlənmişdilər. Cavab matçında rəqibini 3:0 hesabı ilə məğlub edən "Barselona" növbəti mərhələyə yüksələn sonuncu komanda olub.

 

Çempionlar Liqasının 1/4 final mərhələsinə yüksələn komandalar: "Bavariya" (Almaniya), "Mançester Siti", "Liverpul" (hər ikisi İngiltərə), "Sevilya", "Barselona", "Real" (hər üçün İspaniya), "Yuventus" və "Roma" (hər ikisi İtaliya).

 

“Barselona” (İspaniya) – “Çelsi” (İngiltərə) - 3:0

Qollar: Messi, 3, 64, Usman Dembele, 20

İlk oyun – 1:1

 

“Beşiktaş” (Türkiyə) – “Bavariya” (Almaniya) - 1:3

Qollar: Vaqner Lav, 59 - Tyaqo Alkantara, 18, Gökhan Gönül, 46 (avtoqol), Sandro Vaqner, 84

İlk oyun – 0:5

Xəbər xətti