Rəşad Sadıqov U-21-in heyətini açıqladı

10:38 - 15 Mart 2018

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin heyəti açıqlanıb.

 

Sportal.az xəbər verir ki, baş məşqçi Rəşad Sadıqov 25 futbolçuya dəvət göndərib.

 

Yığmamıza dəvət alan futbolçular: Kamran İbrahimov, Elvin Sərkərov, Ömər Buludov, Anton Krivotsyuk (hamısı “Neftçi”), Ehtiram Şahverdiyev, Bəhlul Mustafazadə, Ülvi İskəndərov (hamısı “Sumqayıt”), Fəhmin Muradbəyli (“Səbail”), Abdulla Seyidəhmədov, İlkin Muradov (hər ikisi “Zirə”), Sərtan Taşkın, Cabir Əmirli, Murad Qayalı, Rafael Məhərrəmli (hamısı “Keşlə”), Hacıağa Hacılı, Qismət Alıyev, Murad Popov (hamısı “Qəbələ”), Ramil Şeydayev, Mahir Mədətov, Nicat Süleymanov (hamısı “Qarabağ”), İsmayıl İbrahimli (MOİK), Ozan Can Kökcü (“Valveyk”, Hollandiya), Rövlan Muradov (“Slaviya”, Çexiya), Budaq Nəsirov (“Sportinq”, Portuqaliya), Ziya Əzizov (“Den Boş”, Hollandiya).

 

Qeyd edək ki, millimiz Avropa çempionatının seçmə mərhələsi çərçivəsində martın 22-də səfərdə Kosovo, 27-də isə İrlandiya yığması ilə qarşılaşacaq. Sadıqovun yetirmələrinin martın 15-dən 19-dək Bakıda təlim-məşq toplanışında olacaq.

 

Xəbər xətti