Premyer Liqanın 20-ci turunda neçə azarkeş qeydə alındı?

13:53 - 15 Mart 2018

Topaz Premyer Liqasının 20-ci turunda qeydə alınmış azarkeş sayı bəlli olub.

 

Sportal.az xəbər verir ki, turda ən çox azarkeş həftənin mərkəzi oyunu olan “Neftçi” - “Qarabağ” matçında (0:0) qeydə alınıb. 8-ci km stadionunda keçirilən Azərbaycan derbisini 4000 tamaşaçı tribunalardan izləyib.

 

Ən aşağı göstərici isə “İnter Arena”da qeydə alınıb. Cəmi 500 tamaşaçı “Keşlə” və “Qəbələ”nin “sülh”ünün (1:1) canlı şahidi olub.

 

Digər oyunlardan Sumqayıtda keçirilmiş “Sumqayıt” - “Kəpəz” oyununda (2:1) 1000, Zirə idman kompleksinin stadionunda baş tutmuş “Zirə” - “Səbail” qarşılaşmasında (1:1) isə 1200 tamaşaçı qeydə alınıb.

 

Ümumilikdə, turun 4 oyununu 6700 tamaşaçı izləyib ki, bu da, hər oyuna orta hesabla 1675 azarkeş deməkdi.

Xəbər xətti