"Sumqayıt"dan rekord göstərici

16:27 - 15 Mart 2018

“Sumqayıt” Azərbaycan Premyer Liqasındakı məğlubiyyətsiz oyunlar seriyasını 8-ə çatdırıb. 

 

Sportal.az xəbər verir ki, 20-ci turun “Kəpəz”lə ev oyununda 2:1 hesablı əzmkar qələbə qazanan Samir Abasovun yetirmələri sonuncu dəfə 12-ci turda məğlub olub. 2017-ci il noyabrın 17-də “Qarabağ”la səfər matçında 0:2 hesabına üzülən “gənclik şəhəri” təmsilçisi sonrakı 8 qarşılaşmada 5 qələbə qazanıb və 3 heç-heçə edib.

 

Bu, klub tarixində yeni rekorddu. Belə ki, 2011-ci ildən Azərbaycan çempionatlarının yüksək dəstəsində çıxış edən “Sumqayıt”ın ən uzun məğlubiyyətsiz seriyası 7-yə bərabər idi. 2016-cı ilin noyabrından 2017-ci ilin fevralınadək olan dövrdə komanda 4 qələbə qazanıb, 3 heç-heçə etmişdi. Ötən turda bir il əvvəlki rekordu təkrarlayan Abasovun yetirmələri “Kəpəz”lə qarşılaşmada bu göstəricini yeniləyib.

Xəbər xətti