"Səbail"in futbolçularına milli dəvət

18:25 - 15 Mart 2018

“Səbail”in 4 futbolçusu yığma komandalardan aldığı dəvətlə əlaqədar komandanın düşərgəsini tərk etməyə hazırlaşır.

 

Sportal.az xəbər verir ki, Rahil Məmmədov Azərbaycan milli komandasına dəvət alıb. O, Belarus və Makedoniya ilə yoldaşlıq oyunlarında oynamaq şansı əldə edə bilər.

 

Fəhmin Muradbəyli isə Azərbaycanın U-21 milli komandasının heyətində Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Kosovo və İrlandiya milliləri ilə oyunlarda meydana çıxmaq şansı qazanıb.

 

Tamaz Tsetsxladze Gürcüstanın U-21 milli komandasından dəvət alıb. O, U-21 Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Farer Adaları və Danimarka milliləri ilə oyunlarda ölkəsinin yığmasına kömək etməyə çalışacaq.

 

Ayrton Stati də Kurasao milli komandasına çağırılıb. Sözügedən futbolçu Boliviya millisi ilə iki yoldaşlıq oyununa dəvət alıb.

Xəbər xətti