Çempionlar Liqasında 1/4 finalın püşkü atılır

Bu gün Çempionlar Liqasının 1/4 final mərhələsinin püşkü atılacaq. 

 

Sportal.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçiriləcək püşkatma Bakı vaxtı ilə saat 15:00-da start götürəcək.

 

Qitənin ən mötəbər klub turnirində mübarizəni davam etdirən 8 komanda rəqiblərini tanıyacaq. “Kor püşk” atılacaq və bu, o demıkdir ki, istənilən komanda digərinə rəqib ola bilər.

 

1/4 final cütlükləri bu komandalarla müəyyənləşəcək: “Barselona” (İspaniya), “Real” (İspaniya), “Sevilya” (İspaniya), “Bavariya” (Almaniya), “Yuventus” (İtaliya), “Roma” (İtaliya), “Liverpul” (İngiltərə), “Mançester Siti” (İngiltərə).

 

Qeyd edək ki, 1/4 finalın ilk oyunları 3-4 aprel, cavab matçları ilə 10-11 aprel tarixlərində keçiriləcək.

Tarix: 16 Mart [10:10]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
17 İyul 2018
16  İyul 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio