Samir Abasov millinin üzvünü əvəzediciyə göndərdi

11:24 - 16 Mart 2018

"Sumqayıt"ın baş məşqçisi Samir Abasov komandanın yarımmüdafiəçisi Xəyal Nəcəfovu cəzalandırıb.

 

Sportal.az xəbər verir ki, mütəxəssis U-21 millisinin üzvünü əvəzedici heyətə göndərib. Abasov qərarı ilə bağlı bunları söyləyib:

 

"Mövsümün sonuna kimi əvəzedici heyətdə çıxış edəcək. Nizam-intizama ciddi önəm veririk. Bu məsələdə çox ciddiyik. Bizi bu həddə gətirdiyi üçün belə etdik. Çox şey dedik, dərs çıxarmadı. İndi isə əvəzedicidə oynasın. Milliyə dəvət alırdı, əsas heyətdə oynayırdı. Hər şeyin yaxşı getdiyini düşünürdü. Ancaq nizam-intizam məsələsi hər şeydən vacibdir".

 

Qeyd edək ki, Nəcəfov U-21 millisinin Kosovo və İrlandiya ilə keçiriləcək görüşlərinə dəvət almayıb.

Xəbər xətti