"Sumqayıt" tarixində ilk

Topaz Premyer Liqasında 20-ci tur çərçivəsində keçirilən “Sumqayıt” – “Kəpəz” qarşılaşmasında meydan sahibləri 2:1 hesabıyla qalib gələrək tarixində yeni səhifə açıb.

 

Sportal.az xəbər verir ki, Samir Abasovun rəhbərlik etdiyi komanda Azərbaycan çempionatlarında ilk dəfə bir mövsümdə 10-cu qələbəni qazanıb. Bununla da 2012/13-cü ildə Bernhard Raabın çalışdırdığı komandanın rekordu yenilənib (9 qələbə, 8-heç-heçə, 15 məğlubiyyət). 

 

Qeyd edək ki, "gənclik şəhəri" təmsilçisi 2 dəfə bu rekordu yeniləməyə yaxın olub (2015/16: 9 qələbə, 12 heç-heçə, 15 məğlubiyyət, 2016/17: 9 qələbə, 8 heç-heçə, 11 məğlubiyyət).

 

Hazırda "Sumqayıt" 20 turdan sonra 34 xalla Premyer Liqanın turnir cdəvlində 3-cü pillədə qərarlaşıb. 

Tarix: 16 Mart [13:51]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
19  Sentyabr 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio