Çempionlar Liqası: 1/4 final mərhələsinin püşkü atıldı

15:12 - 16 Mart 2018

Bu gün Çempionlar Liqasının 1/4 final mərhələsinin püşkü atılıb. 

 

Sportal.az xəbər verir ki, qitənin ən mötəbər klub turnirində mübarizəni davam etdirən 8 komanda “kor püşk”lə bir-birlərinə rəqib olublar. 1/4 final mərhələsinin cütlükləri:

 

"Barselona" (İspaniya) - "Roma" (İtaliya)

"Sevilya" (İspaniya) - "Bavariya" (Almaniya)

"Yuventus" (İtaliya) - "Real" (İspaniya)

"Liverpul" (İngiltərə) - "Mançester Siti (İngiltərə)

 

Qeyd edək ki, 1/4 finalın ilk oyunları 3-4 aprel, cavab matçları ilə 10-11 aprel tarixlərində keçiriləcək.

Xəbər xətti