Avropa Liqası: 1/4 finalın püşkü atıldı

16:15 - 16 Mart 2018

Bu gün Avropa Liqasının 1/4 final mərhələsinin püşkü atılıb.

 

Sportal.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçirilən püşkatmada İtaliya (Latsio), İngiltərə (Arsenal), Fransa (Marsel), Portuqaliya (Sportinq), İspaniya (Atletiko), Almaniya (Leyptsiq), Rusiya (ÇSKA) və Avstriya (Zalsburq) hərəyə bir komanda ilə təmsil olunub.

 

Avroliqanın 1/4 final mərhələsinin ilk oyunları aprelin 5-də, cavab matçları isə bir həftə sonra keçiriləcək.

 

Avropa Liqası, 1/4 final

Leyptsiq (Almaniya) - Marsel (Fransa)

Arsenal (İngiltərə) - ÇSKA (Rusiya)

Atletiko (İspaniya) - Sportinq (Portuqaliya) 

Latsio (İtaliya) - Zalsburq (Avstriya)

Xəbər xətti