"Səbail"in futbolçusu milliyə dəvət aldı

00:06 - 17 Mart 2018

“Səbail”in moldovalı futbolçusu Yevgeni Koçuk ölkəsinin milli komandasından dəvət alıb.

 

Sportal.az xəbər verir ki, 25 yaşlı yarımmüdafiəçi Kot-d-İvuar yığması ilə martın 27-də keçiriləcək yoldaşlıq görüşünə çağırılıb.

 

Bu matç Fransada, paytaxt Parisin yaxınlığında olan Bovada keçiriləcək. Koçuk artıq millisinin düşərgəsinə yollanıb.

 

Xatırladaq ki, “Zirə”nin hücumçusu Aleksandr Dedov da Moldova yığmasına dəvət alıb.

Xəbər xətti