Ziya Əzizovlu "Den Boş" darmadağınla qalib gəldi

12:12 - 17 Mart 2018

Futbol üzrə Hollandiya Birinci Divizionunda (Jupiler Liqa) 30-cu turun oyunları keçirilib.

 

Sportal.az xəbər verir ki, azərbaycanlı futbolçu Ziya Əzizovun formasını geyindiyi “Den Boş” da növbəti matçına çıxıb. Sözügedən kollektiv doğma meydanda “Dordrext”lə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb - 4:1.

 

Əzizov da bu görüşün iştirakçısı olub. O, matçın 74-cü dəqiqəsində meydana buraxılıb.

 

Qeyd edək ki, "Den Boş" hazırda 41 xalla 20 klub arasında 9-cu pillədə qərarlaşıb.

Xəbər xətti