"Sumqayıt" internat məktəbini ziyarət etdi FOTOLAR

13:40 - 17 Mart 2018

“Sumqayıt" Futbol Klubunun nümayəndələri Novruz bayramı ilə əlaqədar olaraq, Sumqayıt şəhərində yerləşən sağlamlıq imkanları məhdud olan uşaqlar üçün xüsusi tipli internat məktəbini ziyarət edib.

 

Sportal.az xəbər verir ki, tədbirdə "Sumqayıt"ın prezidenti Riad Rəfiyev, vitse-prezident Vaqif Ömərov, A komandanın baş məşqçisi Samir Abasov, məşqçilər Seymur Rəhimov, Vəfadar Quliyev və futbolçular - Vurğun Hüseynov, Fərhad Vəliyev, Azər Salahlı, Süleyman Əhmədov iştirak edib. 

 

Novruz bayramı ilə əlaqədar görüş zamanı uşaqlara klubun idman geyimləri və müxtəlif hədiyyələr təqdim olunub. Tədbirin sonunda “Sumqayıt" Futbol Klubunun nümayəndələri Novruz bayramı ilə əlaqədar olaraq, məktəbin hazırladığı xüsusi proqramı izləyib.

Xəbər xətti