"Trabzonspor"un Ramil Şeydayev planı: satılacaq, yoxsa icarəyə veriləcək?

17:45 - 17 Mart 2018

“Trabzonsor” “Qarabağ”a icarəyə verdiyi millimizin üzvü Ramil Şeydayevlə bağlı yekun qərar verməyib.

 

Sportal.az xəbər verir ki, transfer qadağası ilə üzləşən "bordo-mavililər" Ramil Şeydayev daxil olmaqla icarə olan digər futbolçuları təlim-məşq toplanışında sınayacaq. Qara dəniz istənilən səviyyədə olmayan futbolçuları yenidən icarəyə göndərəcək və həmçinin, birdəfəlik satmaqla bağlı qərar verəcək.

 

Əgər Şeydayev "Trabzonspor"a geri dönərkən istənilən səviyyədə olmasa, 22 yaşlı forvardın satılması və ya icarəyə veriləcəyi dəqiqdir.

 

Qeyd edək ki, Ramil "Qarabağ"da 12 oyundan sonra qol hesabını açmayıb. O, əvəzedicilərin heyətində 1 dəfə fərqlənib.

Xəbər xətti