Dino Ndlovu Çində xarüqələr yaradır: dubla imza atdı

18:55 - 17 Mart 2018

Qış fasiləsində "Qarabağ"dan Çinin “Hançjoy Qrintaun” klubuna transfer olunan Dino Ndlovu ikinci rəsmi oyununda da qol vurub.

 

Sportal.az xəbər verir ki, cənubi afrikalı forvard “Dalian Transsend” komandası ilə I Divizionun ikinci turundakı matçda dubla imza atıb. 4:0 hesabı ilə yekunlaşan görüşdə Dino 67 və 71-cı dəqiqələrdə komandasının 3 və 4-cü qollarını vurub.

 

Qeyd edək ki, 28 yaşlı futbolçu 2016-2017-ci illərdə "Qarabağ"da çıxış edib.

Xəbər xətti