Millimizin üzvü Almaniyaya yollandı

00:14 - 18 Mart 2018

Azərbaycan milli komandasının və Türkiyənin "Samsunspor" klubunun futbolçusu Ufuk Budak Almaniyaya yollanıb.

 

Sportal.az xəbər verir ki, cinah müdafiəçisi zədəsinin müalicəsi üçün adıçəkilən ölkəyə üz tutub.

 

Onu həkimi və fizioterapevti müayinədən keçirəcək. 27 yaşlı oyunçu gələn həftə Samsuna qayıdaraq məşqlərini bərpa edəcək.

 

Qeyd edək ki, Ufuk Budak zədəli olduğu üçün Azərbaycan millisinin Belarus və Makedoniyaya qarşı yoldaşlıq görüşlərinə çağırılmayıb.

Xəbər xətti