Cenk Tosunu dayandıran tapılmır: "Everton"a qələbə qazandırdı VİDEO

İngiltərə Premyer Liqasında 31-ci turun görüşləri keçirilib.

 

Sportal.az xəbər verir ki, "Everton" səfərdə "Stok Siti" ilə qarşılaşıb və 2:1 hesabıyla qalib gəlib. liverpul təmsilçisinin hər iki qolunu Türkiyə millisinin üzvü olan Cenk Tosun vurub. Hücumçu artıq ardıcıl 3-cü oyununda rəqib toru silkələyir.

 

Premyer Liqanın turnir cədvəlinə 81 xalla "Mançester Siti" başçılıq edir. "Mançester Yunayted" 65 xalla 2-ci, "Liverpul" 63 xalla 3-cü, "Tottenhem" 61 xalla 4-cüdür. "Everton" 40 xalla 9-cu, "Stok Siti" isə 27 xalla 19-cu pillənin sahibidir.

 

"Stok Siti" - "Everton" - 1:2

Qollar: Çupo-Motinq, 77 - Cenk Tosun, 69, 84

 

 

Tarix: 18 Mart [00:39]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
13 Dekabr 2018
12  Dekabr 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio