Eddi İsrafilov yeni klubunda debüt etdi

11:29 - 18 Mart 2018

İspaniya Sequndas;nda 31-ci turun oyunları keçirilib.

 

Sportal.az xəbər verir ki, millimizin yarımmüdafiəçisi Eddi İsrafilovun çıxış etdiyi “Alkorkon” səfərdə “Luqo” ilə qarşılaşıb və bu oyundan məğlubiyyətlə ayrılıb - 1:2.

 

Uzun müddət idi zədəli olan Eddi bu görüşdə yeni komandasında debüt matçına çıxıb. Millimizin üzvü 68-ci dəqiqədə meydana buraxılıb. O, 83-cü dəqiqədə sarı vərəqə ilə də cəzalanıb.

 

“Alkorkon" geridə qalan turlarda 35 xal toplayıb və hazırda 22 kollektiv arasında 18-ci pillədə qərarlaşıb.

Xəbər xətti