"Yuventus" büdrədi VİDEO

12:45 - 18 Mart 2018

İtaliya A Seriyasında 29-cu turun oyunları keçirilir.

 

Sportal.az xəbər verir ki, lider "Yuventus" səfərdə SPAL-la qarşılaşıb. Tərəflər meydandan 0:0 hesablı heç-heçə ilə ayrılıblar.

 

A Seriyada turnir cədvəlinə 75 xalla "Yuventus" başçılıq edir. Bir oyun az keçirən "Napoli" 70 xalla 2-cidir. "Roma" 56 xalla 3-cü, "Latsio" 53 xalla 4-cü, "İnter" 52 xalla 5-ci, "Milan" 47 xalla 6-cıdır. SPAL isə 25 xalla 17-ci yerdə qərarlaşıb.

 

SPAL 0 - 0 "Yuventus"

 

 

Xəbər xətti