Buffon yenidən İtaliya millisində

İtaliya yığmasının baş məşqçisi vəzifəsini icra edən Luici Di Byaco millinin qarşıdakı iki oyun üçün heyətini açıqlayıb.

 

Sportal.az xəbər verir ki, daha əvvəl milli karyerasını başa vurduğunu bildirmiş Canluici Buffonla Corco Kyellini yığmaya qayıdıblar. Tam siyahını nəzərinizə çatdırırıq.

 

Qapıçılar: Canluici Buffon (“Yuventus”), Mattia Perin (“Cenoa”), Canluici Donnarumma (“Torino”) 

 

Müdafiəçilər: Leonardo Spinazzola (“Atalanta”), Canmarko Ferrari (“Sampdoriya”), Matteo Darmian (“Mançester Yunayted”), Leonardo Bonuççi (“Milan”), Daniele Ruqani, Corco Kyellini, Mattia de Şilio (hamısı “Yuventus”), Davide Zappakosta (“Çelsi”)

 

Yarımmüdafiəçilər: Marko Parolo (“Latsio”), Jorjinyo (“Napoli”), Allesandro Florensi, Lorenzo Pelleqrini (hər ikisi “Roma”), Marko Veratti (PSJ), Antonio Kandreva, Roberto Qalyardini (hər ikisi “İnter”), Cakomo Boneventura (“Milan”), Brian Kristante (“Atalanta”), Federiko Kyeza (“Fiorentina”)

 

Hücumçular: Çiro İmmobile (“Latsio”), Andrea Belotti (“Torino”), Patrik Kutrone (“Milan”), Simone Verdi (“Bolonya”), Lorenzo İnsinye (“Napoli”)

 

Qeyd edək ki, İtaliya yığması martın 23-də Argentina, 27-də isə İngiltərə ilə qarşılaşacaq.

Tarix: 18 Mart [14:42]
Müəllif: Sportal.az
Digər xəbərlər
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio