Murada şans verildi, Renat Dadaşov oynamadı

16:54 - 18 Mart 2018

Almaniyanın “Ayntraxt” klubunun U-19 kollektivi gənclər arasında təşkil olunan Bundesliqanın cənub zonasında növbəti matçına çıxıb.

 

Sportal.az xəbər verir ki, frankfurtlular 15-ci turdan təxirə salınmış oyunda səfərdə “Vehen”lə qarşılaşıb. Matç “Ayntraxt”ın qələbəsiylə başa çatıb - 1:0.

 

Frankfurt klubunda çıxış edən futbolçularımızdan Murad Mahmudov da bu oyunun iştirakçısı olub. Renat Dadaşov isə bu dəfə oynamayıb.

 

Keçirdiyi 19 matçdan sonra aktivində 23 xal olan “Ayntraxt” turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb.

Xəbər xətti