Ufuk Budaksız "Samsunspor" xal itirdi

00:12 - 19 Mart 2018

Türkiyə TFF 1-ci liqasında 28-ci turun oyunları keçirilib.

 

Sportal.az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Ufuk Budakın formasını geyindiyi “Samsunspor” doğma meydanda “Boluspor”la qarşılaşıb və bu oyundan heç-heçə ilə ayrılıb - 0:0.

 

Ufuk bu görüşün iştirakçısı olmayıb. Zədəli olan, buna görə millimizin də toplanışına dəvət almayan futbolçu hazırda Almaniyada müalicə alır.

 

“Samsunspor” hazırda 33 xalla 18 klub arasında 14-cü pillədə qərarlaşıb.

Xəbər xətti