Nəsirovsuz “Sportinq” heç-heçə etdi

10:10 - 19 Mart 2018

Portuqaliya Sequndasında 30-cu turun oyunları keçirilib.

 

Sportal.az xəbər verir ki, U-21 millimizin yarımmüdafiəçisi Budaq Nəsirovun şərəfini qoruduğu “Sportinq”in B komandası səfərdə “Leyşoynş” ilə qarşılaşıb və bu oyundan heç-heçə ilə ayrılıb - 1:1.

 

Nəsirovun adı qarşılaşmanın iştirak ərizəsinə də daxil edilməyib.

 

"Sportinq" hazırda 32 xalla 20 klub arasında 16-cı pillədə qərarlaşıb.

Xəbər xətti