Erata şans verilmədi

11:50 - 19 Mart 2018

Almaniya 2-ci Bundesliqasında 27-ci turun oyunları keçirilib. 

 

Sportal.az xəbər verir ki, millimizin yarımmüdafiəçisi Tuğrul Eratın şərəfini qoruduğu “Duysburq” səfərdə Braunşveyq “Ayntraxt”ı ilə qarşılaşıb və bu oyundan məğlubiyyətlə ayrılıb - 2:3.

 

Eratın adı ümumiyyətlə qarşılaşmanın iştirak ərizəsinə daxil edilməyib.

 

“Duysburq” geridə qalan turlarda topladığı 37 xalla 18 klub arasında 7-ci pillədə qərarlaşıb.

Xəbər xətti