I Divizion klubuna texniki məğlubiyyət verildi

12:22 - 19 Mart 2018

Bu gün AFFA İntizam Komitəsinin iclası baş tutub.

 

Sportal.az xəbər verir ki, iclasda aşağıdakı qərarlar qəbul olunub.

 

AFFA İntizam Komitəsinin iclası keçirilib.

 

Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin 20-ci turunun “Keşlə” - “Qəbələ” matçında “Qəbələ”nin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 400 manat cərimə olunur.

 

I Divizionun XVIII turunun “Turan Tovuz” – “Zaqatala” matçının 90-cı dəqiqəsində “Zaqatala” klubunun 9 №-li futbolçusu Osman Qurbanov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırılıb. Bu səbəbdən futbolçu 1 oyunluq cəzalanır, klub 20 manat cərimə olunur.

 

I Divizionun XVIII turunun MOİK – “Binə” matçında MOİK komandasının heyətində cəzalı futbolçu iştirak edib. Bu səbəbdən kluba 0:3 hesablı texniki məğlubiyyət verilir. Eyni zamanda, klub 400 manat cərimə olunur.

 

I Divizionun XVIII turunun “Mil-Muğan” – “Sabah” matçında “Mil-Muğan” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur.

Xəbər xətti