"Şahdağ" Böyükağa Hacıyevin xatirəsini əziz tutdu FOTO

14:34 - 19 Mart 2018

Regional Liqada çıxış edən “Şahdağ” klubu bir neçə gün öncə dünyasını dəyişmiş Azərbaycanın tanınmış məşqçisi Böyükağa Hacıyevin xatirəsini əziz tutub.

 

Sportal.az saytının məlumatına görə, Qusar klubu Böyükağa Hacıyevin Avropa Liqası zamanı işlətdiyi məşhur cümlənin qeyd olunduğu pankart açıb. Pankartda bu sözlər yazılıb: "Bu gün iki oğlumu unudub, 28 oğlumun arxasınca qaçıram".

 

Qeyd edək ki, Böyükağa Hacıyevin vəfatı ilə əlaqədar olaraq Topaz Premyer Liqasının  növbəti turunun oyunları 1 dəqiqəlik sükutla başlanacaq.

 

Xəbər xətti