Klub rəsmisi Renat Dadaşovu günahlandırdı: "Peşəkar olmalıdır"

"Ayntraxt"ın idman direktoru Freddi Bobiç millimizin üzvü Renat Dadaşovun Frankfurt təmsilçisindən qovulmasına münasibət bildirib.

 

Sportal.az xəbər verir ki, klub rəsmisi Dadaşovu qeyri-peşəkarlıqda günahlandırıb:

 

“Əgər bir futbolçunun istedadı varsa, onu heç vaxt günahsız yerə komandadan çıxarmazlar. Peşəkar müqavilə bağlamaq yaxşıdır, hətta çox yaxşıdır. Amma təkcə imza atmaqla iş bitmir. Renat gərək özünü peşəkar kimi aparsın”.

 

Qeyd edək ki, mövsüm ərzində istənilən şəkildə oyun sərgiləyə bilməyən hücumçu qolunun gücünü sınamaq qərarına gəlib. Komanda yoldaşını döyməklə yanaşı, məşqçini təhqir edən Renat klubdan qovulub.

Tarix: 19 Mart [15:15]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
16 Yanvar 2019
15  Yanvar 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio