Türkiyə millisində 2 itki: Heyətdən kənarlaşdırıldılar

17:22 - 19 Mart 2018

Türkiyə milli komandasının heyətində iki ciddi itki baş verib.

 

Sportal.az xəbər verir ki, Oğuzxah Özyakup və Ömər Toprak zədələnib. Hər iki futbolçu zədə səbəbindən millisinin İrlandiya və Albaniya ilə keçirəcəyi yoldaşlıq oyunları üçün heyətindən kənarlaşdırılıb.

 

Baş məşqçi Mirça Luçesku zədələnən futbolçuların əvəzinə Mahmut Tekdemir və İrfan Can Kahvecini heyətə daxil edib.

Xəbər xətti