"Kəpəz" məşqləri bərpa etdi

“Kəpəz” dünəndən məşqləri bərpa edib.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, əvvəlcə fitnes zalında çalışan komanda üzvləri bu gün meydançada məşqə çıxıblar. “Sarı-göylər” Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda hazırlıq keçib.

 

“Kəpəz”in heyətində zədəli futbolçuların müalicəsi davam edir. Ötən tur “Sumqayıt”la matçda sonadək oynaya bilməyib əvəzlənən Dieqo Souzanın əzələsi yüklənib. Bir müddətdir ki, zədədən əziyyət çəkən Şadon Vinçesterlə Samir Zərgərovun vəziyyəti də həkim nəzarəti altındadır. Vinçesterdən fərqli Zərgərovla Souza martın 22-dən fərdi halda məşqlərə başlaya biləcəklər. Şadonun müalicə prosesi isə martın sonlarına kimi uzanacaq. 

Tarix: 19 Mart [18:25]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
24 Mart 2019
23  Mart 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio