Nazarov oynadı, komandası qalib gəldi

10:10 - 20 Mart 2018

Almaniya 2-ci Bundesliqasında 27-ci turun oyunları keçirilib.

 

Sportal.az xəbər verir ki, millimizin yarımmüdafiəçisi Dmitri Nazarovun şərəfini qoruduğu “Aue” doğma meydanda “Qroyter”lə qarşılaşıb və bu oyundan qələbə ilə ayrılıb - 2:1.

 

Nazarov start heyətdə meydana çıxıb və 84-cü dəqiqədə əvəzlənib.

 

“Aue” geridə qalan turlarda topladığı 33 xalla 18 klub arasında 16-cı pillədə qərarlaşıb.

Xəbər xətti