Rövlanla Fərid oynamadı, “Slaviya” məğlub oldu

10:44 - 20 Mart 2018

Çexiya yüksək liqasında mübarizə aparan klubların U-21 komandaları arasında təşkil olunan ölkə birinciliyində 22-ci turun oyunları keçirilib.

 

Sportal.az xəbər verir ki, azərbaycanlı futbolçular Rövlan Muradovla Fərid Nəbiyevin formasını geyindiyi Praqa “Slaviya”sının gənclərdən ibarət kollektivi doğma meydanda “Dinamo” ilə qarşılaşıb və bu oyundan məğlubiyyətlə ayrılıb - 0:2.

 

Rövlanla Fərid bu görüşün iştirakçısı olmayıb.

 

“Slaviya”nın U-21 komandası geridə qalan turlarda 29 xal toplayıb və turnir cədvəlində 12 klub arasında 8-ci sırada qərarlaşıb

Xəbər xətti