APOEL-in futbolçusu millimizlə oyunu buraxacaq

11:11 - 20 Mart 2018

Martın 23-də Azərbaycan milli komandası ilə yoxlama oyununda üz-üzə gələcək Belarus yığmasının heyətində dəyişiklik edilib.

 

Sportal.az xəbər verir ki, Kiprin APOEL klubunun müdafiəçisi Denis Polyakov Bakıya gəlməyəcək. Zədə alan bu futbolçu heyətdən çıxarılıb. Onun yerinə təlim-məşq toplanışına Brest “Dinamo”sundan Aleksey Qavriloviç çağırılıb.

 

Xatırladaq ki, Belarus Azərbaycanla yanaşı, Sloveniya yığmaısyla da yoldaşlıq görüşünü səfərdə keçirəcək. Millimizlə oyun martın 23-də Bakı Olimpiya Stadionunda baş tutacaq.

Xəbər xətti