İspaniya klubunda yeni baş məşqçi

12:12 - 20 Mart 2018

İspaniyanın “Real Sosyedad” klubunun yeni baş məşqçisi müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, komandanı mövsümün sonuna qədər İmanol Alquasil çalışdıracaq. Məşqçilik karyerası ərzində yalnız “Real Sosyedad”da işləyən 46 yaşlı mütəxəssis son olaraq əvəzedici komandanı çalışdırıb.

 

Qeyd edək ki, Alquasil bu vəzifədə ötən gün istefaya göndərilən Eusebio Sakristanı əvəzləyib.

Xəbər xətti