Kosovo millisinin baş məşqçisi: "Meydanda 200 faiz gücümüzü sərf etməliyik"

21 yaşadək futbolçulardan ibarət Kosovo millisinin baş məşqçisi Rafet Prekazi açıqlama verib.

 

Sportal.az xəbər verir ki, mütəxəssis Avropa çempionatının seçmə mərhələsində martın 22-də millimiz, 27-də isə Almaniya yığması ilə qarşılaşacaqları görüş haqda danışıb:

 

“İndiyədək keçirdiyimiz bütün oyunlarda yaxşı çıxış etmişik. Bu uşaqlar göstərdilər ki, onların potensialları var. Gənc oyunçulardan ibarət yaxşı komandamız var. Biz qarşıdakı oyunlarda favorit ola bilmərik. Ancaq meydanda 200 faiz gücümüzü sərf etməliyik. Komandamıza güclü azarkeş dəstəyi lazımdır. Rəqiblərimizin kim olduğunu çox gözəl bilirik. Amma seçmə mərhələnin əvvəlində də demişdim ki, Kosovo yığması heç kim üçün "asan yem" olmayacaq”.

Tarix: 20 Mart [11:35]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
13 Dekabr 2018
12  Dekabr 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio