Kosovolu futbolçu: "Oyun planında Azərbaycandan daha yaxşıyıq"

11:48 - 21 Mart 2018

Kosovonun U-21 millisinin futbolçusu Valmir Süleymani Avropa çempionatının seçmə mərhələsində Azərbaycan və Almaniya ilə oyun öncəsi fikirlərini bildirib.

 

Sportal.az xəbər verir ki, 22 yaşlı vinger millimizdən güclü olduqlarını deyib:

 

"7 aydan sonra milliyə qayıtdım. Normalda bu cür zədədən sonra geridönüş asan olmur, amma özümü yaxşı hiss edirəm. Qarşıdakı hər iki oyundan uğur gözləyirəm. Azərbaycana qarşı ilk matçda meydana çıxa bilməmişdim, amma düşünürəm ki, oyun planında onlardan daha yaxşıyıq. Almaniya millisini yaxşı tanıyıram. Bu ölkənin U-17 və U-18 millilərində oynadığım üçün güclərinə bələdəm”.

 

Qeyd edək ki, Kosovo martın 22-i millimizlə, martın 27-i isə Almaniya ilə qarşılaşacaq.

Xəbər xətti