"Mən kral deyiləm, tanrıyam!"

“Şalke”nin müdafiəçisi Benjamin Stambuli "Mançester Yunayted"in isveçli superulduzu Zlatan İbrahimoviçlə bağlı maraqlı açıqlama verib. .

 

Sportal.az xəbər verir ki, fransız futbolçu PSJ-də oynadığı dönəm İbrahimoviçlə aralarında baş vermiş maraqlı dialoqu danışıb:

 

"Fizioterapiyada Zlatan İbrahimoviçlə birgə idik və TV-də xəbərlər yayımlanırdı. Zlatan haqqında danışırdılar. Bu anda məndən kanalı dəyişməyi istədi. Zlatana onun Parisin kralı olduğundan bəhs etdiklərindən söylədim. Düşündüm ki, bu cavab xoşuna gedəcək. Ancaq çox hirsləndi və üstümə bağırdı: "Mən bir kral deyiləm, tanrıyam!"

 

Qeyd edək ki, hər iki futbolçu 2016-cı ildə PSJ-dən ayrılmışdı.

Tarix: 21 Mart [12:53]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
19  Sentyabr 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio