"Azərbaycan bütün komandalara qarşı "vuruşdu"

13:13 - 21 Mart 2018

Belarus millisinin futbolçusu Sergey Politeviç millimizlə yoxlama oyunu öncəsi ölkəsinin mətbuatına açıqlama verib.

 

Sportal.az xəbər verir ki, o, yığmamızın DÇ-2018-in seçmə mərhələsində yaxşı çıxış etdiyini vurğulayıb:

 

"Yaxşı komandalara qarşı oynayacağıq. Buna görə matçlara köklənmişik. Çox sevinirəm ki, futbolçuların çoxunun zədəsi yoxdur və yoldaşlıq görüşünə hazırlaşırlar. Rəqiblərin heç birinin matçlarını izləməmişəm. Amma onu bilirəm ki, Azərbaycan ötən il dünya çempionatının seçmə mərhələsində yaxşı xal yığdı, bütün komandalara qarşı "vuruşdu".

 

Qeyd edək ki, Azərbaycan - Belarus oyunu martın 23-ü saat 20:00-da başlayacaq. Qarşılaşma Bakı Olimpiya Stadionunda keçiriləcək.

Xəbər xətti