Kasilyas BƏƏ-dən təklif aldı

14:14 - 21 Mart 2018

Mövsümün sonunda "Portu" ilə müqaviləsi başa çatacaq İker Kasilyas MLS ilə yanaşı, karyerasını Birləşmiş Ərəb Əmirliklərində də davam etdirə bilər.

 

Sportal.az xəbər verir ki, Amerikada bir neçə komandanın maraq dairəsində olan təcrübəli qapıçı BƏƏ-nin "Əl-Nəsr" klubunun radarına düşüb. Adıçəkilən komanda 36 yaşlı futbolçuya illik 2,5 milyon avro maaş ödəməyə hazırdır. Bunun üçün Kasilyasa təklif göndərilib. "A Bola" nəşrinin məlumatına görə, ispaniyalı "çərçivə qoruyucusu" bu təklifə müsbət yanaşır.

 

Kasilyasla İngiltərənin "Nyukasl" klubu da maraqlanır. Rafael Benites təcrübəli oyunçunu sərəncamında görməyi arzu edir.

 

Qeyd edək ki, 2015-ci ildə Madrid "Real"ın "Portu"ya keçən Kasilyas bu mövsüm bu mövsüm "əjdahalar"ın heyətində 24 oyun keçirib. İspaniya millisinin üzvü 14 qol buraxıb və 15 oyunda qapısını toxunulmaz saxlayıb.

Xəbər xətti