Millimiz Kosovoya uduzdu YENİLƏNİB

Bu gün 21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsində növbəti oyunlar keçiriləcək.
 
Sportal.az xəbər verir ki, millimizin mübarizə apardığı 5-ci qrupda iki görüş olacaq.
 
Yığmamız səfərdə Kosovo ilə qarşılaşacaq. Bu, baş məşqçi Rəşad Sadıqovun rəhbərliyi altında U-21 millimizin ilk rəsmi oyunudur.
 
Qeyd edək ki, bunadək qrupda keçirdiyi 5 oyunun 4-də məğlub olan və 1-də heç-heçə edən millimiz turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb.
 
Qrupun digər oyununda Almaniya İsraili qəbul edəcək. 
 

Kosovo - Azərbaycan - 2:0 
Qollar
: Florent Hasani, 54, Besfort Kolgeci, 61
Baş hakim: Donald Robertson (Şotlandiya)
Mitrovitsa. Adem Yaşari Olimpiya stadionu

Almaniya - İsrail - 3:0
Qollar:
Loven, 11, Teuşert, 26, Öztunalı, 88-pen

 
1. Almaniya U21 5 4 0 1 20:6 12
2. Irlandiya U21 5 3 1 1 9:3 10
3. Norveç U21 6 2 2 2 7:8 8
4. Israil U21 5 2 1 2 9:10 7
5. Kosovo U21 6 2 1 3 6:8 7
6. Azərbaycan U21 5 0 1 4 3:19 1
Tarix: 22 Mart [23:55]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
27 Aprel 2018
26  Aprel 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio